AZAL Naxçıvana reyslərin sayını artırır

AZAL dövlət aviadaşıyıcısı sentyabrın 26-dan Bakı və Naxçıvan arasında reyslərin sayını həftədə 21 uçuşa qədər artıracaq. Bu barədə AZAL-ın press-relizində deyilir. Mənbənin məlumatına görə, uçuşların sayının artmasının səbəbi yüksək tələbdir.

Biletlər azal.az saytında növbəlilik qaydasında satılacaq (https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000853919). Və ya (+99470) 437-40-81 saylı telefonla WhatsApp-a yazılı müraciət etmək olar.

Sərnişinlər geriyə əlaqə üçün şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və əlaqə nömrələrini göndərməlidirlər.