AZAL-dan Çinə getmək istəyən sərnişinlərə müraciət

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.

 

AZAL-dan verilən məlumata görə, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı və yaxud saytımızdakı əks əlaqə forması vasitəsilə əlaqə saxlamaq olar: https://help.azal.az/hc/az/requests/new.

 

Qeyd edək ki, AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq.