Azadlığa buraxılması üçün məhkəməyə müraciət edildi

Həbsdə olan və məhkəmənin hökmünə etiraz olaraq iki həftədən çoxdur aclıq aksiyası keçirən Tofiq Yaqublunun azadlığa buraxılması üçün məhkəməyə müraciət olunub.

Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O bildirib ki, Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq, onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verib.

Onun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə sentyabrın 28-də baxılacaq.