Ayətullah Xamenei: Son iğtişaşlar ABŞ, sionist rejimi və davamçılarının planı idi

“Açıq şəkildə bildirirəm ki, bu hadisələr Amerikanın, sionist rejimi və onların davamçılarının planı idi. Onların problemi müstəqil, inkişaf etmiş və güclü İranladır. İran xalqı bu hadisələrdə özünü güclü göstərdi, gələcəkdə də lazım olan yerdə  şücaətlə meydana daxil olacaq.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün Tehranda hərbi kursantların qarşısında çıxışı zamanı deyib.

Ayətullah Xamenei İranda baş verən son iğtişaşlara ilk dəfə olaraq media qarşısında münasibət bildirib və onun planlı olduğunu vurğulayıb.

Ayətullah Xamenei bildirib ki, “gənc qızın ölümü də bəhanə idi və bu olmasaydı belə İranda mehr ayının əvvəlində təhlükəsizliyə zərbə vurmaq üçün başqa bir bəhanə tapacaqdılar.”

İran İslam İnqilabının Ali lideri fikirlərini belə davam etdirib:

“Gənc qızın vəfatı hadisəsi bizim də ürəyimizi yandırdı. Amma biq qism araşdırmadan, bir fakt olmadan küçələrdə təhlükəsizliyə zərbə vurdular, Qurana od vurub, hicablının başından hicabı çəkdilər, məscid və hüseyniyyəni, camaatın nəqliyyat vasitələrini yandırdılar. Bu adi və təbii bir reaksiya deyildi...Dünya çoxlu iğtişaşlar baş verib. Avropada elə Fransanın paytaxtı Parisdə geniş iğtişaşlar olub. Amma indiyə qədər görünübmü ki, ABŞ prezidenti və ya Konqres oradakı iğtişaşları dəstəkləyib bəyanat versinlər?! Onlar bu iğtişaşlara dəstək verib, sizin yanınızdayıq deyə mesaj veriblərmi?! Olubmu ki, kapitalist ABŞ və onların muzdurlarının mediası, Səudiyyə Ərəbistanı və digər region dövlətləri kimi bu ölkələrin (Avropa) iğtişaşlarını dəstəklədiklərini elan etsinlər?! Bu olubmu ki, ABŞ bildirsin ki, filan internet proqramı və ləvazimatını (Avropadakı) iğtişaşçıların ixtiyarına veririk ki, rahat şəkildə internetləri olsun və bir-birilə koordinasiya etsinlər?! Amma onlar bu dəstəkləri İrandakı iğtişaşlara dəfələrlə veriblər. Necə ola bilər ki, (daxildə) bir qism xarici amili görmür?! Ağıllı insan bu hadisələrin pərdə arxasında digər əlin olduğunu necə görməyə bilər?!”

Ayətullah Xamenei bildirib ki, “ABŞ təkcə İran İslam Respublikası ilə deyil, güclü və müstəqil İranla da düşməndir.

“Onların istədiyi şah rejimi kimi bir şeydir ki, sağmal inək kimi onların əmrlərinə tabe olsun.”