Ayətullah Xamenei Ənsarullah heyətini qəbul etdi

Ayətullah Xamenei Ənsarullah heyətini qəbul etdi

 İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei Yəmənin "Ənsarullah" hərəkatını təmsil edən nümayəndə heyətini qəbul edib.


Operativ.tv "Eastnews.org" saytına istinadən xəbər verir ki, görüş paytaxt Tehran şəhərində baş tutub.


Ayətullah Seyid Əli Xamenei görüş zamanı Səudiyyə Ərəbistanından və Birləşmiş Ərəb Əmirliklərindən söz açıb.


"Onlar Yəmənin bölünməsini istəyirlər. Lakin bu plan qarşısında dayanmalı və Yəmənin ərazi bütövlüyünü qorumaq lazımdır", - deyə Ayətullah Seyid Əli Xamenei diqqətə çatdırıb.


Yəmən xalqının qədim mədəniyyətə sahib olduğunu vurğulayan Ayətullah Xamenei işğalçılara qarşı 5 ildir davam edən mübarizənin təqdirəlayiq olduğunu bildirib.


Ali Dini lider ABŞ və bəzi qərb ölkələrini də tənqid edib: "Bu dövlətlər insan haqları adı altında cinayətlər törədirlər və ya bu işi görənlərə dəstək verirlər".


"Ənsarullah" nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdüssəlam da Yəmən xalqının son ana qədər mübarizə aparacağını qeyd edib.

Facebook