Ayətullah Xamenei: Bəzi ərəb dövlət başçıları xaindirlər

İrandan ABŞ prezidenti Donald Trampın təklif etdiyi "Əsrin müqaviləsi" planına gözlənilən cavab verildi. Ali Lider Ayətullah Xamenei tvitter hesabından paylaşım edərək, "İsrail-Fələstin münaqişəsini həll etmək üçün Amerikanın "Əsrin müqaviləsi"ni dəstəkləyən ərəb liderləri xaindirlər", - deyə yazıb.

 

Ayətullah Xameneinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın "Əsrin müqaviləsi" adlandırılan və İsrail və Fələstin arasındakı qarşıdurmaya son qoymaq üçün sülh planını dəstəkləyən ərəb liderləri səriştəsizdirlər. "Bir neçə xain ərəb dövlət başçılarının "Əsrin müqaviləsi"ndəki iştirakına baxmayın. Onlar bacarıqsızdırlar və xalqlarına hörmət etmirlər. Bu planın ortaya çıxmasından sonra Fələstin barədə dünyada daha çox danışılacaq və bu məsələni yenidən canlandıracaq", - tvitdə bildirilir.