Ayətullah Xamenei: Ailəyə dəstək həyati bir siyasətdir

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei əhali sahəsində çalışan fəallara müraciət edib.
Operativ.tv Tesnim Xəbər Agentliyinə istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri mesajında deyib: Nəslin artırılması, ölkənin insan gücünün gəncləşdirilməsi və ailənin dəstəklənməsi üçün səylər məmur və şəxslərin ən əsas vəzifələrindən biridir.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xamenei əhali sahəsində çalışanlara təşəkkür mesajı çatdıraraq bildirib ki, ölkənin işçi qüvvəsinin artırılması və gəncləşdirilməsi, ölkə əhalisinin qocalmasının qarşısının alınması istiqamətində görülən işlər həyati siyasət və ən əvəzsiz öhdəliklərdən biridir.