Ayətullah Sistani və Seyid Əli Xamenei Əfqanıstanda məscidə hücumla bağlı çağırış ediblər

İraqın və İranın iki böyük müctəhidi Əfqanıstanın Künduz şəhərində məsciddə partlayışın törədilməsi ilə bağlı çağırış ediblər.

SalamNews İRNA-a istinadla xəbər verir ki, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Künduz şəhərində məscidin partladılması və burada yüzlərlə inanclının ölümü və yaralanması ilə bağlı Əfqanıstan rəhbərliyinə çağırış edib.

O, Əfqanıstanı idarə edənlərdən bu cinayəti törədənlərin tapılması və cəzalanadırılmasını tələb edib.

Eləcə də İraqın ən nüfuzlu alimi müctəhid Ayətullah Sistani bu hücumu kəskin pisləyərək, Əfqanıstan xalqını milli birliyi və həmrəyliyi qorumağa çağırıb.

Qeyd edək ki, Misirin əl-Əzhər dini mərkəzi də bu terror aktını pisləyib.

Xatırladaq ki, bu hücumu İŞİD üzərinə götürüb və bildirib ki, “həzarə şiələrin məbədi” onlar tərəfindən partladılıb.