Ayətullah Sistani Türkiyə və Suriyadakı zəlzələ ilə bağlı bəyanat yaydı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki,böyük mərcə təqlidlərdən olan, Ayətullah Əl Üzma Sistani Türkiyə və Suriyadakı zəlzələ ilə bağlı bəyanat yayıb.

Ayətullah Əl Üzma Seyid Sistani Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı yaydığı başsağlığı mesajında ​​aidiyyatı qurumları və insanları zəlzələ qurbanlarına dəstək olmağa çağırıb.

Bəyanatda deyilir:

“Mərhəmətli və Rəhmli Allahın adı ilə

Uca və böyük Allahdan başqa heç bir qüdrət yoxdur.

Bu yaxınlarda Türkiyə və Suriyanın geniş ərazilərini silkələyən şiddətli zəlzələ – yeni məlumatlardan göründüyü kimi – çoxlu qurbanlar və yaralananlar, infrastruktur və yaşayış məntəqələrində böyük maddi tələfatlar, misilsiz insan fəlakətinə səbəb olub.
Nəcəf Əşrəfdəki dini mərcəiyyət bu böyük fəlakətdə yaxınlarını itirən insanlara başsağlığı və həmrəylik bildirməklə yanaşı, Uca Allahdan səbr və xəsarət alanlara tezliklə şəfa diləyir. Ümid olunur ki, aidiyyatı qurumların və ictimaiyyətin səyi ilə zərərçəkmişlərə lazımi ehtiyaclar ən qısa zamanda təmin ediləcək.

Mütəal Allahdan hər kəsdən bəlaları uzaqlaşdırmasını, onlara xeyir və salamatlıq verməsini diləyirik. Allah qoruyan və rəhimlidir.”

15- Rəcəb – Hicri 1444-cü il
Cənab Sistaninin ofisi, Nəcəf Əşrəf”