Ayətullah Sistani ən nüfuzlu müsəlmanlardan biri seçildi

Az.shafaqna.com xəbər verir, İordaniyanın Əmman Krallıq İslami Strateji Araşdırmalar Mərkəzi dünyanın ən nüfuzlu müsəlmanlarının adlarını açıqlayıb.

Qeyd edək ki, “The Muslim 500” adlı reytinq 2009-cu ildən dərc edilir və oraya dünyanın 500 ən nüfuzlu müsəlmanının adı daxil edilir.

1 və 2-ci yerləri, müvafiq olaraq, Qətər əmiri Şeyx Təmim bin Həmad Ali-Sani və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz Ali-Səud tutublar.

İranın Ali lideri Seyid Əli Xameneinin adı isə 3-cü yerdədir.

Ayətullah Üzma Seyid Əli Hüseyni Sistani bu siyahıda 9-cu yerdədir.

Ayətullah Üzma Nasir Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani 117-ci yerdədirlər, Əllamə Cavadi Amuli 108-ci yerdədir.

İranın yeni prezidenti Seyid İbrahim Rəisi isə 127-ci yerdədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə 4-cü yerdə qərarlaşıb.

Pakistan Baş naziri İmran Xan – 10-cu, Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah – 21-ci, İraq şiələrinin liderlərindən olan Müqtəda Sədr – 43-cü yerdədir.

Azərbaycandan bu siyahıya 3 şəxsin adı daxil edilib: Azərbaycan prezidenti İlham Əliyev – 131-ci, QMİ sədri Allahşükür Paşazadə – 122, xanəndə Alim Qasımov – 177-ci yer.