Ayətullah Sistani kreditlə alqı-satqı haqqında

Operativ.tv Az.shafaqna.com böyük mərcə təqlid Ayətullah Sistani həzrətlərinin “kreditlə alqı-satqı haqqında” bir suala cavabını təqdim edir:

Sual: Mən maşın və ev avadanlığı almaq istəyirəm. Lakin əlimdə nağd pul olmadığına görə kreditlə almaq fikrindəyəm. Onların kreditlə qiyməti nağd qiymətindən bahadır. Sualım budur ki, malların kdeditlə alışı icazəlidir? Bu alğı-satqı sələm sayılırmı?

Cavab: Malların (avadanlıq, maşın) kreditlə alğı-satqısı onun nağd qiymətindən baha başa gəlsə də icazəlidir. Lakin kreditlərin ödənişində gecikməyə görə satış qiymətindən əlavə pul ödəmək şərti haramdır.