Ayətullah Rəisi: “Düşmənlər İslam dünyasında qarşıdurma yaratmaq istəyirlər”

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, İran Prezidenti Seyyid İbrahim Rəisi qatıldığı 35-ci Beynəlxalq İslam Birliyi Konfransında çıxış edib.

Ayətullah Rəisi İslam İnqilabının qurucusu İmam Xomeyninin (r.ə) İslam ümməti arasında yaxınlaşma və birlik fikrini vurğuladığını xatırladıb:

“Bu gün İslam İnqilabı Rəhbərimiz də bu birliyin İslam dünyasında strateji və zəruri bir addım olduğunu vurğulayır. İslam birliyinin təməli Məhəmməd Peyğəmbərdir (s). İslam cəmiyyətində birliyin sirri Əhli-beytin (ə) əxlaqına və təlimlərinə diqqət yetirməkdir. İslam cəmiyyətində birlik əleyhinə bəyanatlar verilməməlidir. İslam ümməti bir məqsədə, yəni hökmranlıq quruluşundan qurtulmağa diqqət yetirməlidir”.

Seyyid İbrahim Rəisi sözlərinə əlavə edib ki, İran sabitliyin tərəfdarıdır, amma düşmən qeyri-sabitlik istəyir:

“Biz İslam dünyasında birlik strategiyasına riayət etməyə çalışırıq ancaq düşmən qarşıdurma yaratmağa çalışır. Birliyə zərər vermək düşmənin strategiyasına uyğun hərəkət etmək deməkdir.

İslam əsgərlərinin fədakarlığı və şəhidlərin qanı ilə yaradılan İslam oyanışı daima diqqət mərkəzində olmalı və hamımız onu qorumaq və gücləndirmək üçün çalışmalıyıq”.