Ayətullah Ramazani: Uşaqlara, yeniyetmələrə və gənclərə daha çox diqqət yetirilməlidir

Ayətullah Ramazani: Kiberməkanın qızıl imkanından maksimum istifadə olunmalıdır. Çünki hər bir cəmiyyətin alimləri o cəmiyyətin modelidir və insanlar onların rənginə boyanırlar.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Əhli-Beyt (ə) Alimləri Birliyinin Himayəçilik Şurasının üzvləri Tehran səfəri çərçivəsində Ayətullah Rza Ramazani ilə görüşüblər.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi görüşü alqışlayıb və birliyin Türkiyədəki fəaliyyətindən məmnunluğunu ifadə edib.

Ayətullah Ramazani ünsiyyət və əməkdaşlığı gücləndirməyi, Əhli-Beyt (ə) təlimlərini dərinləşdirməyi və uşaq, yeniyetmə və gənclər cəmiyyətinə daha çox diqqət yetirməyi tövsiyə edib.

O, həmçinin kiberməkanın qızıl imkanının və ondan maksimum istifadənin vacibliyini vurğulayaraq, “Hər bir cəmiyyətin alimləri o cəmiyyətin modeli olduğunu və insanların onların rənginə boyandığını” qeyd edib.