Ayətullah Məkarim Şirazi dinlərarası ixtilaflardan danışıb

Ayətullah Məkarin Şirazi İslami Məzhəblər arasında yaxınlaşma üzrə Beynəlxalq Assambleyanın baş katibi Höccətül-İslam Həmid Şəhriari ilə görüşüb. Görüşdə dinlərarası ixtilaflar barədə müzakirələr aparılıb. Bu barədə fəqihin saytında məlumat verilib.

Alimin sözlərinə görə, müsəlmanlar arasında fikir ayrılıqlarından əl çəkmək və anlaşılmazlıqları aradan qaldırmaq lazımdır. O, bu yolda sağlam media rolunun və dini ideyaların düzgün təbliğinin mühüm olduğunu hesab edir.

Mərcei-təqlid, həmçinin digər İslam məzhəblərinin müqəddəslərini təhqir etməyin şəriət baxımından düzgün olmadığını qeyd edib. “Bu cür əməllər İslam birliyinə ciddi ziyan vurur”, – deyə alim əlavə edib.

Ayətullah Məkarim Şirazi yenicə çəkilmiş “Cənnət Xanımı” filminə baxmağı haram buyurub. Onunla yanaşı bir sıra alim də bu filmin məzhəblərarası sülhün pozulmasına təsir göstərdiyini hesab edir.

 

Sirat.az