Ayətullah Fatiminiya vəfat edib

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İran dövlət televiziyasında din və əxlaq dərsi deyən Ayətullah Seyid Abdullah Fatiminiya 76 yaşında dünyasını dəyişib.

Nəhcül-Bəlağə və Səhifeyi-Səccadiyyə kitablarının təfsirçisi, rical və yazılı İslam mənbələri üzrə mütəxəssis, tarixçi və əxlaq müəllimi olan Ayətullah Seyid Abdullah Fatiminiya əslən Təbrizdən idi və Ayətullah Behcətin, Ayətullah Bəhauddinin, Ayətullah Muhəmməd Təqi Amulinin bilavasitə tələbələrindən və ariflər ustadı Ayətullah Seyyid Əli Qazinin dolayı tələbələrindən biri olmuşdur.
Əxlaq, ərəb ədəbiyyatı, irfan, şeir və hədis sahələrində dəyərli əsərləri olan Ayətullah Seyid Abdullah Fatiminiya uzun illər Tehranda vaizlik və xətiblik etmişdir.
Bu bənzərsiz alim və arifin fani dünyadan getməsi münasibəti ilə bütün möminlərə başsağlığı verməklə yanaşı ona Allahdan rəhmət diləyir, məqamının daha da yüksəlməsi üçün dua edirik.