Aya göndəriləcək astronavtın orada saxlaması planlaşdırılır

Aya göndəriləcək astronavtın orada saxlaması planlaşdırılır

Birləşmiş Ştatlar 2024-cü ildə Aya astronavt qrupu göndərməyi və bir müddət onları orada saxlamağı planlaşdırır.

Bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pensin “CBS” telekanalına açıqlamasında deyilir.

Onun sözlərinə görə, məqsəd sadəcə səfər etmək deyil, həm də orada qalmaqdır. Bununla da o, gələcəkdə Marsa da astronavt göndərmək üçün təcrübə əldə olunacağını qeyd edib.

“Biz anlayırıq ki, bir gün Marsa uçanda bizə yeni texnologiyalar, yeni vasitələr və yeni təcrübələr lazım gələcək və biz bunu ancaq Ayda əldə edə bilərik”, - Pens belə deyib.

Vitse-prezident onu da əminliklə bildirib ki, ABŞ bir gün Marsa adam göndərməyə nail olacaq.

Facebook