AXCP fəalı saxlanılıb

AXCP fəalı saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəki rayon təşkilatının fəalı Rauf Əbdürrəhmanlı iyunun 13-də Bakıda saxlanılıb. Bu barədə AXCP-dən bildiriblər. O, Bakıdan Şəkiyə göndərilib, orada yerli polis şöbəsində saxlanılır.

AXCP-də hesab edirlər ki, Əbdürrəhmanlının saxlanması onun siyasi fəaliyyəti, hakimiyyəti tənqid etməsi ilə bağlıdır.

DİN fəalın saxlanması haqqında məlumatı şərh etmir.(turan.az)

Facebook