Avstraliya parlamentində ilk başörtülü qadın

Avstraliya tarixində Senatda mandat qazanan əfqan əsilli ilk başörtülü qadın olan Fatimə Payman ailəsi və 3 bacısı ilə birlikdə Avstraliyaya qaçqın kimi gəlib.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, Avstraliya tarixində Senatda mandat qazanan ilk başörtülü əfqan əsilli mühacir Fatimə Payman ailəsi və 3 bacısı ilə birlikdə Avstraliyaya qaçqın kimi gəlib.
Bazar ertəsi Avstraliyanın CBS News telekanalı Paymanın Qərbi Avstraliya üzrə altıncı və sonuncu Senat kreslosunu qazanaraq, onun Avstraliya Senatında hicab taxan ilk əfqanlı mühacir olduğunu bildirib.
Bayman isə qələbədən sevincini Facebook hesabında belə ifadə edib: “Biz qalib gəldik! Qərbi Avstraliya Senatına rəsmi olaraq seçildiyimi elan etməkdən qürur duyuram. Sevginiz və dəstəyiniz üçün hamınıza təşəkkür edirəm." 
Avstraliyanın baş naziri Entoni Albanese Baymanı qələbə münasibətilə təbrik edib. Baş nazir isə Twitter-də “Təbrik edirəm, senator Bayman” yazıb.
Baş nazirin müavini Patrik Qorman cavabında Fatimənin Senatda onun dövlətini təmsil etməsindən qürur duyduğunu bildirib. Qorman Twitter-də yazıb: “Senator seçilən Bayman Əfqanıstan mədəni irsinə malik avstraliyalı müsəlmandır.”

 
Bu hadisə baş nazir Albanese Avstraliya tarixində ilk dəfə iyunun əvvəlində hökumətinə iki müsəlman nazir seçdikdən sonra baş verir.