Avropada qazın qiyməti yenidən 1 800 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 1 800 ABŞ dollarını ötüb.

Operativ.tv “APA-Economics”-ə istinadən xəbər verir ki, iyulun 5-də Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) hərraclarıın açılışında iyun fyuçerslərinin qiyməti 1 812 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2,9% çoxdur.Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.