Avropada qazın qiyməti yenidən 1 100 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarını yenidən ötüb.

Bu barədə "APA-Economics" birja xəbərlərinə istinadən məlumat verir.

Məlumata görə, 25 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 116,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 047,4) ilə müqayisədə 5,7% çoxdur.Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.