Avropa Parlamenti Brexit-in lehinə səs verdi

Avropa Parlamenti çərşənbə günü Britaniyanın Avropa İttifaqından ayrılmağının lehinə səs verib. Səsvermə 621-49 səs fərqi ilə başa çatıb.
 
AmerikanınSəsi xəbər verir ki, 50 ilə yaxın Avropa İttifaqının üzvü olan Britaniyanın ittifaqdan ayrılması bir neçə saniyə içində Avropa Parlamenti tərəfindən boyük səs fərqli ilə təsdiqlənib.
 
Növbəti addımın isə çətin olacağı gözlənilir, çünki Britaniya Aİ ilə gələcək münasibətlərini, xüsusi ilə də ticarət əlaqələrini müzakirə edəcək.
 
Lakin bir çox qanunverici bu ayrılıq səbəbilə emosionaldır.
 
"Hər birinizə demək istəyirəm ki, mən sizin üçün darıxacam. Avropa İttifaqı sizsiz həmin Avropa İttifaqı olmayacaq. Məncə, Brexit heç bir halda yaxşı deyil”, fransız qanunverici deyib.
 
"Əgər Britaniya xalqı nə vaxtsa geri dönməyə qərar versə, bizim qollarımız onlara açıq olacaq”, ispaniyalı qanunverici bildirib.
 
Digərləri isə xəbərdarlıq edib ki, Britaniyanın ittifaqdan çıxmasından sonra Avropa İttifaqı alyansdakı problemləri nəzərdən keçirməlidir.
 
Britaniyanın Brexit partiyasının lideri Nigel Faraj və digər populistlər üçün bu nəticə qələbə oldu.
 
"Biz Avropanı sevirik, biz sadəcə olaraq Avropa İttifaqına nifrət edirik. Mən ümid edirəm ki, bu, layihənin sonunun başlanğıcı olacaq. Bu, çox pis layihədir", o deyib.
 
Lakin Avropa Parlamentində Avropa İttifaqında qalmağının tərəfdarları britaniyalılar ittifaqa qayıdacaqlarına söz verib. Onlar arasında müstəqillik tərəfdarı Şotlandiya Milli Partiyasından Aylin MakLeod da var.
 
"Şotlandiya Avropa ölkəsidir. Mən müstəqil Şotlandiyanın yenidən Aİ-na qoşulacağı günləri səbirsizliklə gözləyirəm və biz çox yaxında geri gələcəyik", o deyib.
 
Britaniya Avropa İttifaqından rəsmi olaraq cümə günü​ ayrılacaq. Bunun ardınca Avropa İttifaqı qurumlarından Britaniya bayrağı çıxarılacaq.