Avropa İttifaqı Türkiyəyə sanksiya tətbiq edə bilər

Avropa İttifaqında Türkiyəyə qarşı sanksiyaların tətbiqinin mümkünlüyü müzakirə olunur və buna səbəb kimi rəsmi Ankaranın işğalçı ölkə ilə əməkdaşlığı göstərilir.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" nəşri mənbəyə əsaslanaraq məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropanın yüksək rütbəli rəsmiləri iki ölkənin enerji, maliyyə və ticarət sahələrində mehriban münasibətindən narahatdırlar.

Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə bağlı rəsmi danışıqlar hələ aparılmayıb, lakin nəşrdəki mənbələrə görə, onların avropalı rəsmiləri Ankaranı buna görə necə “cəzalandıracaqlarına” artıq qərar veriblər – Qərb şirkətlərinə və banklarına təzyiq göstərmək planlaşdırılır.