Avropa Birliyi: İranla danışıqlara hazırıq

Operativ.tv-nin Rasthaber-ə istinadən yaydığı məlumata görə Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell, Belçikanın paytaxtı Brüsseldə İran nümayəndə heyəti ilə nüvə problemlərini müzakirə etməyə hazır olduqlarını açıqlayıb.

Borrell "Dəqiq bir tarix deyə bilmərəm, ancaq lazım gələrsə İran nümayəndələrini qəbul etməyə hazıram" deyib.

İran və Aİ arasında siyasi məsləhətləşmələr oktyabrın 14 -də Tehranda İran xarici işlər nazirinin müavini Əli Bakiri Kani və Avropa İttifaqının Xarici Əlaqələr Xidməti Baş Katibinin müavini Enrike Moranın başçılığı ilə keçirilib.

Xarici İşlər Nazirliyində keçirilən məsləhətləşmələrdə ikitərəfli münasibətlər, ABŞ -ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvi, Əfqanıstandakı son vəziyyət, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.