AVRO-2020-nin seçmə mərhələsində ikinci tura yekun vurulub: Nəticələr və cədvəl

AVRO-2020-nin seçmə mərhələsində ikinci tura yekun vurulub: Nəticələr və cədvəl

AVRO-2020-nin seçmə mərhələsində ikinci tura yekun vurulub. Son oyun günündə səkkiz matç keçirilib.

Son qarşılaşmalar D, F və J qruplarında baş tutub. Beş komandanın mübarizə apardığı D qrupunda İrlandiya ikinci qələbəsini qazanıb. Ada təmsilçiləri Gürcüstanla görüşdə 3 xala seviniblər. İsveçrə isə Danimarka ilə qarşılaşmanın final fitinə 6 dəqiqə qalmışa qədər 3:0 hesabı ilə öndə olsa da, şimallılar mümkünsüz görünən geridönüşü reallaşdırmağı bacarıblar – 3:3.

F qrupunda çıxış edən İspaniya da xal hesabını 6-ya çatdırıb. Pireneylilər Malta ilə matçda qalib gəliblər. Skandinaviyalıların duelində qalib müəyyənləşməyib. İlk yarıda iki qol vuran Norveç fasilədən sonra İsveçin üç dəfə fərqlənməsinə mane ola bilməyib. Lakin meydan sahibləri uzatma dəqiqələrində məğlubiyyətdən qaçıblar – 3:3. Rumıniya isə ilk xallarını Farer adaları ilə qarşılaşmada hesabına yazıb.

J qrupunda da üç matç keçirilib. İtaliya Lixtenşteyni 6 cavabsız qolla darmadağın edib. Bu oyunda penaltiləri dəqiq yerinə yetirməklə dubl edən 36 yaşlı Fabio Kvalyarella öz yığmasının tarixində qol vuran ən yaşlı futbolçu olub. O, Kristian Panuççinin rekordunu yeniləyib. Bosniya və Herseqovina isə Yunanıstanla vacib qarşılaşmanın ilk yarısında iki qol vursa da, fasilədən sonra üstünlüyü əldən verib. Finlandiya isə ilk qələbəsini Ermənistan səfərində əldə edib.

Qeyd edək ki, seçmə mərhələnin növbəti turun oyunları iyunun 7-8-də keçiriləcək.

AVRO-2020-nin seçmə mərhələsi
26 mart

D qrupu
23:45. İrlandiya – Gürcüstan – 1:0
Qol: Huriheyn, 36
Baş hakim: Serdar Gözübüyük (Hollandiya)
Dublin. “Aviva” stadionu

23:45. İsveçrə - Danimarka – 3:3
Qollar: Froyler, 19, Caka, 66, Embolo, 76 – Yorgensen, 84, Qitkyaer, 88, Dalsqard, 90+3
Baş hakim: Damir Skomina (Sloveniya)
Bazel. Sent Yakob Park stadionu

1

İrlandiya

2

2

0

0

2-0

6

2

İsveçrə

2

1

1

0

5-3

4

3

Danimarka

1

0

1

0

3-3

1

4

Cəbəllütariq

1

0

0

1

0-1

0

5

Gürcüstan

2

0

0

2

0-3

0

Növbəti oyunlar iyunun 7-də keçiriləcək: Gürcüstan – Cəbəllütariq, Danimarka – İrlandiya.

F qrupu
23:45. Malta – İspaniya – 0:2
Qollar: Morata, 31, 73
Baş hakim: Endryu Dallas (Şotlandiya)
Ta-Qali. Milli stadion

23:45. Norveç – İsveç – 3:3
Qollar: Yonsen, 41, Kinq, 59, Kamara, 90+2 – Klassen, 70, Quaison, 86, 90
Baş hakim: Canluka Roççi (İtaliya)
Oslo. “Ullevol” stadionu

23:45. Rumıniya – Farer adaları – 4:1
Qollar: Dik, 26, Keseru, 29, 33, Puşkaş, 63 – Davidsen, 40 (pen.)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Cluj-Napoka. Konstantin Radulesku stadionu

1

İspaniya

2

2

0

0

4-1

6

2

İsveç

2

1

1

0

5-4

4

3

Rumıniya

2

1

0

1

5-3

3

4

Malta

2

1

0

1

2-3

3

5

Norveç

2

0

1

1

4-5

1

6

Farer adaları

2

0

0

2

2-6

0

Növbəti oyunlar iyunun 7-də keçiriləcək: İsveç – Malta, Norveç – Rumıniya, Farer adaları – İspaniya.

J qrupu
21:00. Ermənistan – Finlandiya – 0:2
Qollar: Yensen, 14, Soiri, 78
Baş hakim: Nikola Dabanoviç (Monteneqro)
Yerevan. Vazgen Sarqsyan stadionu

23:45. Bosniya və Herseqovina – Yunanıstan – 2:2
Qollar: Viska, 10, Pyaniç, 15 – Fortunis, 64 (pen.), Kolovos, 85
Baş hakim: Danni Makkeli (Hollandiya)
Zenitsa. “Bilino polye” stadionu

23:45. İtaliya – Lixtenşteyn – 6:0
Qollar: Sensi, 17, Veratti, 32, Kvalyarella, 35 (pen.), 45 (pen.), Kin, 70, Pavoletti, 76
Baş hakim: Kirill Levnikov (Rusiya)
Parma. Ennio Tardini stadionu

1

İtaliya

2

2

0

0

8-0

6

2

Yunanıstan

2

1

1

0

4-2

4

3

Bosniya və Herseqovina

2

1

1

0

4-3

4

4

Finlandiya

2

1

0

1

2-2

3

5

Ermənistan

2

0

0

2

1-4

0

6

Lixtenşteyn

2

0

0

2

0-8

0

Növbəti oyunlar iyunun 8-də keçiriləcək: Finlandiya – Bosniya və Herseqovina, Ermənistan – Lixtenşteyn, Yunanıstan – İtaliya.

Facebook