ATƏT PA seçkinin nəticələrini aprelin 12-də açıqlayacaq

ATƏT PA Secki Müşahidə Missiyası aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini aprelin 12-də açıqlayacaq.

Bu barədə  Gununsesi.info-ya ATƏT PA Secki Müşahidə Missiyasının media üzrə təmsilçisi Andreas Baker məlumat verib.

Onun sözlərinə görə,  seçkinin nəticələri ilə bağlı ilkin rəyi aprelin 12-də ATƏT PA Secki Müşahidə Missiyasının rəhbəri İsveçrə Parlamentinin üzvü Xanım Marqareta Kiener Nellen  rəhbərliyi iləHoliday İnn Mehmanxanasında mətbuat konfransı düzənlənəcək. Mətbuat konfransı  saat 14:30-da keçriləcək.

A.Baker onu da əlavə edib ki, ATƏT PA Secki Müşahidə Missiyasının rəhbəri İsveçrə Parlamentinin üzvü xanım Marqareta Kiener Nellen  aprelin 11-də  seçki prosesinin paytaxt Bakıda izləyəcək və bir sıra məntəqlərdə olacaq.  O aprelin 11-də  saat 11:00-da Nəsimi rayonu ərazisindəki Elitar Gimnaziyada yerləşən 18 saylı seçki məntəqəsində olacaq.  Həmin zaman KİV nümayəndələri  məntəqədə olub, Kiener Nellenə seçki prosesi ilə bağlı suallrını ünvanlaya bilərlər.