ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan sərhədində vəziyyət barədə bəyanatı

Turan:  ATƏT-in fəaliyyətdə olan sədrliyi Ermənistan-Azərbaycan sərhədi boyunca toqquşmaların bərpası və bu zorakılığın insan tələfatına səbəb olması ilə əlaqədar dərin narahatlığını ifadə edir. Bu barədə ATƏT-in saytında dərc olunmuş bəyanatda deyilir.

"Güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlanmış məzmunlu siyasi dialoqu davam etdirməyə çağırırıq.

Polşa ATƏT-in sədri qismində regionda möhkəm sülhün bərqərar olmasına və davamlı inkişafa dəstəyə yönələn səylərin bərpası və möhkəmləndirilməsi üçün tərəfdaşlarla işə sadiqdir.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu istiqamətdə səylərini dəstəkləyirik. Biz həmçinin ATƏT-in fəaliyyətdə olan polşalı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşikin davam etdirdiyi işə qəti dəstəyimizi bir daha bəyan edirik".