"Atletiko" Qrizmanın transferi ilə bağlı "Barselona" ilə razılaşıb

İspaniyanın "Atletiko" (Madrid) klubu Antuan Qrizmanın birdəfəlik transferi üçün "Barselona" ilə razılığa gəlib.

Operativ.tv Report-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 31 yaşlı hücumçu üçün qarşı tərəfə 20 milyon avro ödəcəyək.

Fransalı oyunçu cari mövsüm "Atletiko"nun heyətində 10 oyuna çıxıb və 3 qola imza atıb.

Qeyd edək ki, 2021-ci ildən icarə əsasında paytaxt klubunda çıxış edən Antuan Qrizman 2019-cu ildən məhz bu komandadan "Barselona"ya keçib.