Atambayev təslim oldu, onu həbs etdilər

Qırğızıstanda asayiş keşikçiləri keçmiş prezident Almazbek Atambayevi saxlayıblar.

 

Rakurs.tv-nin TASS agentliyinə istinadən məlumatına görə, bu barədə keçmiş dövlət başçısının qərargahından bildiriblər.

 

"Atambayevi hüquq-mühafizə orqanlarının əməkdaşları yaşadığı ərazidən çıxarıblar", - deyə bildirilir.

 

Agentliyin məlumatına görə, Atambayevin bir neçə yüz tərəfdarı polis kordonunu yararaq Çuy bölgəsindən Atambayevin iqamətgahına doğru gəlməyə çalışıblar.

 

Bundan əvvəl təhlükəsizlik işçiləri Atambayev iqamətgahına yenidən hücum etmişdilər. Onlar iqamətgaha girməyi bacarmışdılar. Əməliyyat zamanı 27 polis əməkdaşı yaralanmışdı.