Aşuranın ilk qadın şəhidi: Ümmu-Vəhəb

Qanlı Kərbəla hadisəsində elə böyük qadınlar olmuşlar ki, şəhadət və igidlik göstərmiş, pak və ismətli Əhli-Beyti (ə) sevdiklərindən həzrət Zəhranın (s.ə.) övladlarını tək qoymamışlar və həzrət Zeynəb (s.ə.) ilə birlikdə Kərbəlada düşmənin zülmünə məruz qalmışlar. Biz bu fədakar qadınların bir neçəsini nümunə olaraq qeyd edəcəyik.

Ummu Vəhəb:

Ummu Vəhəb, Kərbəlada İmam Hüseynin (ə) yanında vuruşaraq şəhid olmuş Abdullah ibn Umeyrin həyat yoldaşıdır. Abdullah meydana çıxmaq üçün İmamdan (ə) icazə aldı və döyüş üçün meydana yollandı. Abdullahın həyat yoldaşı Ummu Vəhəb özünü Abdullaha çatdırdı və dedi: "Atam-anam sənə qurban, Peyğəmbərin (s) övladı naminə canını Allahu-təala yolunda fəda et". Abdullah ondan xeyməyə qayıtmasını istədi, baş tutmadı. O, Abdullahın ətəyindən tutub dedi: Behişt sənin üçündür. Bu arada Ummu Vəhəbin boynuna bir zərbə vurdular ki, o şir ürəkli qadın zərbənin şiddətindən canını tapşırdı.

Beləliklə İmam Hüseynin (ə) yardımçılarından şəhid olan ilk qadın Ummu Vəhəb oldu.

 

"İmam Hüseyn (ə) məktəbi" kitabçası