Aşura günü Kərbəlada izdihamda ölənlərə görə 3 günlük yas elan olundu

Aşura günü Kərbəlada izdihamda ölənlərə görə 3 günlük yas elan olundu

Operativ.tv "AlAlam" telekanalına istinadən xəbər verir ki, İraqın Səhiyyə mənbələri ötən gün Kərbəlada İmam Hüseynin məqbərəsində sıxlıq və izdiham səbəbindən ölənlərin sayının 31-ə çatdığını bildirib. Bunun ardından ölkədə 3 gün matəm elan edilib.

 

Məlumata görə hadisə Aşura günü İmam Hüseynin məqbərəsində "Rəkzət Tuveyric" ayinin keçirilməsi zamanı baş verib.

 

Bu hadisə nəticəsində 100-dən çox zəvvar yaralanıb.

 

Onların arasında xarici zəvvarların da olduğu bildirilir.

Facebook