Aşura günü dünyaya gələn Şəhid Nohəl

Şəhadət səlnaməsini öz pak qanları ilə yazan şəhidlər həqiqətən də bir ömür şəhadət ruhiyyəsində yaşayaraq həqiqət axtarışında olub, haqqın yanında, batilin qarşısında durmaqla şərafətli ömür yaşayırlar. Vətənpərvərliyə köklənən belə bir inanc və inam ölümsüz həyat, şəhadətlə sonuclana bilir. Hansısa dahilərdən birinin ifadəsi ilə desək şəhidlər şəhid olmur, şəhadət üçün doğulur, şəhadət yolunu addımlayır və sonunda şəhadətə qovuşur. Şəhid Nohəl də belə əqidə tərənnüm edən dəyərli vətənpərvər oğullrımızdan idi.

 Nohəl Əliyev 1989-cu il avqustun 13-də Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olur. Aşura günü dünyaya gəldiyi üçün atası Əlqəmə oğluna Nohəl adını qoyur. Vətəninə, dininə, əqidəsinə bağlı gəncin qısa, lakin şərəfli ömrü onu 2020-ci il 27 sentyab tarixində İkinci Qarabağ müharibəsinə gətirir. Vətənin dar günündə silaha sarılan Nohəl Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşır. Oktyabrın 5-də Füzuli döyüşləri zamanı bu dəyərli vətən oğlu rəşadərlə düşmənə qarşı mübarizə apararaq şəhid olur. Kiçik gizir Nohəl Əliyev ölümündən sonra “Vətən uğrunda" medalı, "İgidliyə görə",  "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilir.

Bu gün şəhidin dostları və yaxınları onun doğulduğu Kürdmahmudlu kəndində ailəsi ilə bərabər şəhidin doğu günündə onu anıb. Məhərrəm günlərinə təsadüf edən ad gününə İmam Hüseyn (ə) əzasına müvafiq məclis qurulub. Üzvü olduğu Müsəlman Birliyi Hərəkatının fəalları onun xatırəsinin əziz tutaraq bu günü ailəsi ilə bərabər şəhidin ruhuna dular ediblər. Evdə başlanan anım məclisi şəhidin məzarı başında sona çatıb.