AŞPA nümayəndələri Azərbaycana gəldi

Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Avropa Şurası Parlament Assambleyasının nümayəndələrinin ölkəmizə səfəri başlayıb.
Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “Twitter”də yazıb. 33 nəfərlik AŞPA müşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir.

Məlumata görə, AŞPA nümayəndələri səfər zamanı ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri, eləcə də prezidentliyə namizədlərlə görüşəcəklər.
Qeyd edək ki, nümayəndə heyəti ATƏT PA və ATƏT DTİHB ilə birlikdə aprelin 11-də prezident seçkilərini müşahidə edəcək.

APA