AŞPA-nın qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçirilib

AŞPA-nın qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçirilib

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısında Dağlıq Qarabağda ermənilərin girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçirilib.

 

Aksiya iştirakçıları əllərində “Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq!”, “Ermənistan Azərbaycan torpaqlarındakı işğala son qoymalıdır!” yazılmış plakatlar tutublar.

 

Aksiya iştirakçıları AŞPA-nın payız sessiyasında iştirak edən parlamentariləri və ətrafdakı insanları məsələ ilə bağlı məlumatlandırıblar.

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.(APA)

Facebook