AŞPA həmməruzəçiləri Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin həmməruzəçiləri bu il iyun ayının birinci yarısında Azərbaycana səfər edəcəklər.
 
Bu barədə "Report"a AŞPA-nın həmməruzəçisi Ştefan Şennakbildirib.
 
Onun sözlərinə görə, hazırda tərəflər səfərin dəqiq tarixini razılaşdırırlar.
 
Xatırladaq ki, həmməruzəçilər Sezar Florin Preda və Ştefan Şennak aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində AŞPA müşahidə missiyasının heyətində Bakıda olublar.