Argentina mübahisəli adalara xüsusi status verilməsinə görə Britaniyaya etiraz edib

Argentina Atlantik okeanının ən cənub hissəsində yerləşən mübahisəli Cənubi Corciya və Cənubi Sandviç adalarına verilən xüsusi statusa görə Britaniya hökumətinə etiraz notası göndərib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə "TASS` Cənubi Amerika Respublikasının Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Birləşmiş Krallıq təkbaşına Cənubi Corciya bütün ərazisini və Cənubi Sandviç adalarını "Xüsusi Mühafizə Sahəsi" olaraq təyin edib. Buenos Ayres belə bir addımı birtərəfli və qeyri-qanuni hesab edib.

Argentinalılar Londona bu cür dəyişikliklərin BMT Baş Assambleyasının 31/49 saylı qətnaməsi ilə uyğun gəlmədiyini xatırladıblar.