Apple sionist rejimin casus proqramlar hazırlayan şirkətini məhkəməyə verir

Apple şirkəti adı bu ayın əvvəlində Bayden administrasiyası tərəfindən qara siyahıya salınmış sionist rejimin "NSO Group" casus proqram təminatı şirkətini məhkəməyə verir

ABNA24 Xəbər Verir, "Apple" şirkəti "Pegasus" casus proqram təminatının istehsalçısı olan sionist rejimin "NSO" şirkətini "Apple" istifadəçilərini hədəfə almaqda və onları izləməkdə ittiham edib.

Çərşənbə axşamı Kaliforniya ştatının federal məhkəməsində qeydə alınan iddiada, Apple sionist rejim şirkətinin hər hansı Apple proqram təminatından, xidmətlərindən və ya silikon cihazlarından istifadə etməsinə həmişəlik mane olmaq istəyir.

"Hil" xəbər portalının yazdığına görə, bu şikayət, şirkətin "Pegasus" casus proqramı məhsulunu dəyərsiz edə bilər. 

İsrailin "Pegasus" casus proqramı ilk dəfə 2016-cı ildə üzə çıxıb; Hansı ki, Birləşmiş Ərəb Əmirlilərindən olan fəal Əhməd mənsurun mobil telefonu bir sıra qabaqcıl casus proqramları vasitəsilə sındırılıb və ondan sonra Mənsur həbs edilib və indiyədək həbsdədir.