Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb

Kamran Ağamusa oğlu Kərimovun apellyasiya şikayəti üzrə məhkəməsi bu gün vəkili Cavad Cavadov və qardaşının iştirakı ilə baş tutub. Bu barədə Operativ.tv-yə yaxınları məlumat verib. Səhər saatlarında keçirilən məhkəmə Oktyabrın 5-ı saxlanılan gəncin 30-sutka inzibati həbs cəzasından apelyasiya şikayəti üzrə keçirilib. Hakim məhkəmənin qərarını dəyişmədən qüvvədə saxlayıb.

Xatırladaq ki, Kamran Kərimov cəmiyyətdə Kamran Fərat olaraq tanınır və bir çox dəyərli ifa və bəstələrin müəllifidir. Dini ilahilər oxumaqla tanınan məddah bir müddət öncə Qarabağ şəhidlərinin xatirəsinə "Ey Hüseynin aşiqi" adlı yeni klipini təqdim edib. Kamran Fəratın saxlanılma səbəbini də məhz bu ilahi ilə bağlı olduğu qeyd edilir. Oktyabırın 6-da məhkəmə önünə çıxarılan məddaha 30 sutka inzibati cəza verilib.