Tele-aparıcı canlı yayımda Allahın yoxluğunu (əstəğfürullah!) bəyan edən iştirakçıdan studiyadan çıxmağı tələb edib.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, görünməmiş olay Misir telekanallarından birində baş verib.
Müsəlman din xadiminin də iştirak etdiyi verilişdə özünü “ateist” adlandıran gənc misirli bəyan edib ki, Allaha inanmaması onun mənəviyyatlı və cəmiyyət üçün faydalı insan olmasına mane olmur. Bundan sonra din xadimi həmin oğlana nədən ateist olduğu haqda sual edib. Cavabında qonaq bildirib ki, Allahın varlığı elmi baxımdan sübut olunmayıb.
Aparıcı gəncin sözünü kəsərək onun ideyalarını küfr adlandırıb. Sonda o, tamaşaçılardan verilişdə gənclərə pis nümunə göstərən belə bir qonağın olmasına görə üzr istəyib və onu studiyadan qovaraq özünü psixiatra göstərməyi məsləhət bilib...
Aparıcı “Allah yoxdur” deyən gənci studiyadan qovdu