Ankarada partlayış olub

Türkiyənin paytaxtı Ankarada Mədən Tədqiqat-Axtarış İdarəsinin ərazisində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışdan sonra hadisə yerində yanğın başlayıb.

Qeyd olunur ki, bölgəyə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Partlayışın qaz borusunda olduğu ehtimal edilir.