Andrey Rudenko: “Ukraynanın NATO-ya üzvlüyünün təhlükəli nəticələri var”

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynanın NATO-ya üzvlüyünün çox təhlükəli addım olduğunu söyləyib.

O qeyd edib ki, bu addım Moskvanı reaksiya verməyə məcbur edəcək:

“Bu müzakirələr NATO ilə Ukrayna arasındakı danışıqlar olduğu üçün nə vaxt və nəyə ehtiyac duyduqlarına qərar verməlidirlər. Amma biz hər hansı bir hərəkətin cavabı və nəticəsi olacağını əvvəlcədən xəbərdar etmişik. NATO Ukrayna ilə bağlı mövqeyimizi bilir”.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin heç bir üçüncü ölkənin Ukraynanın NATO-ya üzvlüyünə veto qoymaq hüququna malik olmadığını söyləmişdi.