Amsterdamda partlayış baş verib

Hollandiya paytaxtı Amsterdamda poçt şirkətinin ofisinin birində  partlayış baş verib.Bu barədə Reuters agentliyi yazıb.

 

Məlumatda bildirilir ki, bomba ofisə gələn qutuların birində gizlədilmişdi. 

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 

 

Faktıla bağlı araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, bundaq əvvəl amerikalı milyarder Corc Sorosun evinin poçt qutusunda bomba aşkarlanıb.