“Amnesty İmternational” təşkilatı Ermənistanın Bərdəyə kasetli bomba atdığını təsdiqlədi

Təşkilat hər iki ölkəni qadağan olunmuş silahlardan istifadə etməməyə çağırıb

“Amnesty International” təşkilatı Azərbaycanın Bərdə şəhərinə edilən hücumun ardından mövcud Dağlıq Qarabağ münaqişəsi sırasında Ermənistanın ilk dəfə qadağan olunmuş kasetli bombalardan istifadə etdiyini təsdiqləyib.

Dünən, 28 oktyabr 2020-ci ildə yerli vaxtla təxminən saat 1:30-da bir və ya bir neçə “Smerç” raketi Bərdədə xəstəxana yaxınlığındakı məhəlləyə atılıb. Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata əsasən, azı 21 nəfər həyatını itirib, təxminən 70 nəfər yaralanıb.

“Amnesty International”ın Böhran vəziyyətləri üzrə mütəxəssisləri 9N235 sursat parçalarının şəkillərindən (“Vice News” müxbirləri tərəfindən çəkilib) erməni qüvvələri tərəfindən şəhər atəşə tutularkən Rusiya istehsalı olan 9M55 “Smerç” raketlərindən istifadə etdiklərini təsdiqləyib.

“Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Meri Ştuthers: "Kasetli döyüş sursatlarından mülki əhalinin yaşadığı bölgələrə atəş açılması qəddarlıq və laqeydləkdir, çox sayda ölüm, yaralanmalar və səfalətlə nəticələnir",- deyib. .

“Bu münaqişə davam etdikcə, Ermənistan, dəstək verdiyi və Azərbaycan qüvvələrinin hamısı arada qalmış mülki şəxslərin həyatını təhlükə altında qoyan qadağan olunmuş silahlardan istifadə etdikdə günahkar hesab olacaq”.

“Kasetli döyüş sursatları beynəlxalq humanitar qanunlara əsasən, heç bir fərq qoyulmadan hər cür şəraitdə istifadəsi qadağan olunub. Hər iki tərəfi də belə silahlardan istifadəni dərhal dayandırmağa və mülki şəxslərin müdafiəsinə üstünlük verməyə çağırırıq”,- təşkilat bildirir. Qeyd olunur ki, 5 oktyabrda “Amnesty International” “Dağlıq Qarabağ”ın regional paytaxtı olan Stepanakert (Xankəndi) şəhərinə Azərbaycan qüvvələri tərəfindən M095 DPICM çoxluqlu sursatların atıldığını müəyyən edib.

“Amnesty İnternstional” təşkilatı ötən həftə həm Ermənistanı, həm də Azərbaycanı mülki əhalinin sıx məskunlaşdığı yerlərdə geniş ərazilərə təsir göstərə bilən ağır partlayıcı silahların istifadəsini dərhal dayandırmağa çağırıb.

27 sentyabrda Azərbaycanla Ermənistan Qarabağ bölgəsində döyüşlərə başlayıb. Son bir ayda qarşıdurmada iştirak edən hər iki tərəf artilleriya və raket atışmaları edib.

Beynəlxalq Əfv Təşkilatı qarşıdurma tərəflərini beynəlxalq humanitar hüquqa tam hörmət etməyə və mülki şəxsləri hərbi əməliyyatların təsirlərindən qorumağa çağırıb.

Kasetli döyüş sursatları istifadəsindən bir neçə il sonra belə mülki əhaliyə zərər verəcək silahlardır və 100-dən çox dövlət tərəfindən dəstəklənən bir müqavilə əsasında beynəlxalq səviyyədə qadağan olunub. “Amnesty İnternational” həm Ermənistanı, həm də Azərbaycanı Kütləvi Silahlar haqqında Konvensiyaya uymağa çağırır.

Kasetli sursatlar yüzlərlə bombanı və ya sursatı geniş bir əraziyə səpələyir. Bu bombaların 5 ilə 20 faizinin partlamayacağı təxmin edilir. Bunlar daha sonra arxalarında mülki şəxslər üçün mina kimi bir təhlükə qoyurlar. Bu silahlardan istifadə çox sayda bombanın geniş əraziyə səpələndiyi və partlamamış döyüş sursatları ilə təmasda olan hər kəsə təhlükə yaratdığı üçün heç bir fərq qoyulmadan qadağanın pozulması hesab olunur.