Amerikalılar oğurluğa davam edirlər; 55 tanker neft oğurladılar

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, ABŞ-ın Suriyadakı işğalçı qüvvələri Suriyadan oğurlanmış bir neçə ton neftdən ibarət karvanı əl-Yarubiyə bölgəsindəki qeyri-qanuni Mahmudiyyə keçidi vasitəsilə İraqa daşıyıb.
Suriyanın rəsmi xəbər agentliyi yerli mənbələrə istinadən xəbər verib ki, Amerika işğalçı qüvvələri tərəfindən Suriyadan oğurlanan 55 neft tankından ibarət karvan Mahmudiyyə keçidi vasitəsilə bir neçə mərhələdə İraqa göndərilib.
Qeyd edək ki, ötən ayın 16-da ABŞ oğurlanmış Suriya nefti ilə dolu 46 tankerdən ibarət karvanı Həsəkənin kənarından İraqdakı bazalarına daşıyıb.