Amerikalı pleyboy, fransalı mer, rusiyalı yazıçı – Azərbaycanın “qara siyahı”sına düşən ƏCNƏBİLƏR

Amerikalı pleyboy, fransalı mer, rusiyalı yazıçı – Azərbaycanın “qara siyahı”sına düşən ƏCNƏBİLƏR

Vladislav Movsesov – Əslən erməni mənşəli belaruslu blogger daha çox Vlad Maqa təxəllüslü ilə tanınır. 2018-ci ilin iyulunda Azərbaycana sədər edən blogger yerli sakinlərlə kobud danışığı və təxribatlarla zəngin videoreportajını öz Youtube kanalına yerləşdirmişdi. Bundan sonra, ətrafında şou yaratmaq məqsədilə Azərbaycana səfərindən sonra çoxlu təhdidlər aldığı deyən blogger “təhlükəsizlik” məqsədilə Belarusdan Ermənistan, sonra isə Qarabağa qaçmışdı. Amma gözlədiyi populyarlığı qazanmadığını görən Movsesov Ermənistandakı himayədarları ilə dalaşaraq Belarusa qayıtmışdı.

 

Dez Bilzeryan – Ata babası erməni mənşəyinə malik amerikalı məşhur milyonçu və dəbdəbəli həyat tərzi ilə tanınan Den Bilzeryanın Dağlıq Qarabağa gözlənilməz səfəri də ciddi rezonans doğurmuşdu. Avqust ayında Ermənistanı ziyarət edən milyonçu sonradan işğal altındakı torpaqlara gedərək hətta poliqonda müxtəlif silahlardan atəş də açmışdı.

Bu addımına görə, Azərbaycanın Baş Prokurorluğu Den Bizleryanı mütəşəkkil cinayətkar qrup tərkibində ölkə sərhədini pozmaqda ittiham edərək axtarışa vermişdi. Bundan başqa, rəsmi Bakı Vaşinqtona da nota verərək ABŞ vətəndaşının təxribatçı hərəkətlərinə etirazını bildirmişdi.

 

Yazıçı Lüdmila Ulitskaya, parlament deputatı Svetlana Jurova və ictimai xadim Anna Federmesser Ermənistanın birinci ledisi Anna Akopyanın çağırışı ilə “Qadınlar Sülh Naminə” adlı şübhəli məqsədlər daşıyan təşəbbüsə qoşularaq Qarabağa səfər etmişdilər. Oktyabrın 7-də onlar təmas xəttinə gələrək tərəfləri sülhə çağırmışdılar. Anna Akopyanın rezonans doğurmaq məqsədilə təşkil etdiyi bu tədbir istənilən nəticəni verməmişdi. Rəsmi Bakı hər 3 rusiyalı qadını “arzuolunmaz şəxslər” siyahısına saldı.

 

Qael Perdrio – Fransanın Sent-Etyen şəhərinin meri oktybarın sonlarında Qarabağa qanunsuz səfər etmişdi. O, Sent-Etyenlə Şuşa arasında dostluq bəyyanaməsi də qəbul etmişdi. Rsəmi Bakı isə diplomatic qaydaları pozan fransalı meri “qara siyahı”ya salmışdı.

Facebook