Amerika və avropalılar öz öhdəliklərinə əməl etsələr, yaxşı anlaşma əldə edilə bilər

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, İranın Prezidenti Çinin İctimai Televiziyası CCTV-yə verdiyi açıqlamada Amerika və avropalıların öz öhdəliklərini yerinə yetirmələri yaxşı anlaşma zəmini ola biləcəyini vurğulayıb. “Şanxay Əməkdaşlıq Təşkilatında İran və bu təşkilata üzv olan digər ölkələr arasında əlaqələr üçün yaxşı potensial var və biz mütləq bu imkandan İran və ŞƏT-in güclənməsi. iqtisadi inkişafı üçün istifadə edəcəyik. Dünənə qədər amerikalılar öz iradələrini başqa ölkələrə sırımaq üçün hərbi hücumlardan istifadə edirdilərsə, bu gün sanksiyalar ölkə və dövlətləri təhdid etmək üçün alət kimi tətbiq olunur. Biz yaxşı və ədalətli razılaşma əldə etmək istəyirik. Amerikalılar öz öhdəliklərinə əməl edib-etməmək barədə qərar verməlidirlər. Əgər onlar öz öhdəliklərinə əməl etsələr, sanksiyaları qaldırsalar və İranı nüvə sazişindən çıxmayacaqlarına və öhdəliklərini pozmayacağına əmin etsələr, yaxşı razılaşma əldə oluna bilər. Bir çox qruplar Məhsa Əminin başına gələn hadisə ilə bağlı vəziyyəti araşdırır, bu hadisədə  günkarın olub-olmadığını və bu qızın təbii yolla dünyasını dəyişib-keçmədiyini araşdırır.  Bu qız daha əvvəl iki əməliyyat keçirib və tibbi sənədlər bunu göstərir. Məhkəmə ekspertizasından olan qrup da işi araşdırıb. Amma mən dəqiq danışmıram və qəti rəy üçün hakimdən və məhkəmədən qərarını gözləyirəm. İnsan haqlarını qorumaq İranın üzərinə düşür. Yəni kimsə istəsə də istəməsə də, Allahın verdiyi missiyaya uyğun olaraq, biz xalqdan aldığımız vəzifəyə görə insanların canını, mal və hüquqlarını qorumağa çalışmaqda özümüzü məsul görürük.