AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ödənişsiz hüquqi məsləhətlərə başlayıb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ödənişsiz hüquqi məsləhətlərə başlayıb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun həyata keçirdiyi “Hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə” layihə çərçivəsində vətəndaşlara ödənişsiz şəkildə hüquqi məsləhətlərin verilməsinə başlanılıb. 

İnstitutdan "Report"a verilən məlumata görə, xidmətlərdən həftənin 5 iş günü saat 10:00-dan 17:00-dək yararlanmaq mümkündür. 

Vətəndaşlar (+994 12) 539 58 06 telefon nömrəsinə zəng edə və ya AMEA-nın H.Cavid prospektindəki binasında yerləşən instituta müraciət edə bilərlər. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək lazımdır. 

Facebook