AMEA-nın Bayıl sürüşmə zonasında quraşdırdığı aparat oğurlandı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bayıl sürüşmə zonasında quraşdırdığı aparatlardan biri oğurlanıb.
 
Qaynar.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəz polisə şikayət edib.
 
Bu səbəbdən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının apardığı buruq-qazma işləri yarımçıq dayandırılıb.