Almaniyada məscid yanıb

Almaniyada məscid yanıb. Hadisə Kemnis şəhərindəki məsciddə baş verib. Məscidin nə səbəbdən yandığı hələ dəqiqləşməsə də onun təxribat olaraq yandırılması istisna olunmur. Belə ki, bir çox Avropa ölkələri kimi Almaniyada da İslam dini, məscidlərin islamafob hədəfə alınması təsadüfi sayılmaz. Bundan əlavə məscid rəhbərliyi onlara tez-tez ünvanlanan hədə dolu məktubların onlara bu işin təxribat olmasını söyləmə əsas verdiyini bildirib. 

Yanğın səbəbidən yararsız vəziyyətə düşən məscid fəaliyyətini dayandırıb. Yanğın zamanı hər hansı bir şəxsin xəsarət almadığı bildirilsə də məscidə külli miqdarda ziyan dəydiyi bildirilir. Hadisə Almaniya Hüquq Mühafizə Orqanları tərəfindən araşdırılır.