Almaniyada “Əhli-beyt” məscidində Qarabağ şəhidləri yad edilib

25 sentyabrda Almaniyanın Köln şəhərində “Əhli-beyt” məscidində Qarbağ şəhidləri yad edilib, Quran oxunub ve ehsan verilib.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbərinə görə, məclis məscid axundu Seyid Mirbağır Ağayev və Hacı Namiq İsmayılovun Quran tilavəti və şəhidliyin anlamı ilə bağlı söhbəti ilə davam edib. Məclisdə 100-dən çox kişi, qadın ve uşaqlar iştirak edib.

Tədbiri İrkaz Cəmiyyətinin sədri Hacı Elxan, Kərbəlayi Mübariz və digərləri təşkil edib.