Almaniya səfirliyi Seymur Həziyə viza verməkdən imtina edib

Almaniya səfirliyi Seymur Həziyə viza verməkdən imtina edib

Almaniyanın Azərbaycandakı səfirliyi AXCP-nin sədr müavini Seymur Həzi və xanımı, siyasi fəal Nigar Həziyə Şengen vizası verməkdən imtina edib.

 

Bu haqda Seymur Həzi özünun Facebook profilində məlumat yayıb: ”Həmişə belə düşünmüşəm; dünyanın ən yaxşı ölkəsində ikinci dərəcəli "azad"lığa sahib olmaqdansa, mübarizə aparıb birinci dərəcəli dustaq olmaq yaxşıdır. Almaniya səfirliyi Nigara və mənə viza verməkdən imtina etdi. Halbuki, səfirin müavininə öncədən yazdım və mənə yazdı ki, bizi konsulluğa tövsiyyə ediblər. Bir sözlə, bunlar -Almaniya diplomatları elə bilirlər ki, biz mühacirətə getmək istəyirik - səngərdən qaçan olsaydım niyə tutulurdum ki. Sadəcə, ayıb”.

Facebook